Xəbərlər
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatlarının müəllimləri təltif edilib

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatlarının müəllimləri təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həyata keçirilən strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, keyfiyyət göstəriciləri, məktəblilərimizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və bilik yarışlarında nəticələri yüksəlmiş, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmiş məzunlarının sayı əhəmiyyətli şəkildə artmışdır. Bu nailiyyətlərin əldə edilməsində böyük əməyi olan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə digər təhsil işçiləri ilə birgə ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatları olan Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Yolçuyeva Şəhla Məhəmmədəli qızı, Bakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Kərimova Sədiqə Mansur qızı, Bakı şəhəri 329 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Həşimli Şahnaz Yengibar qızı təltif edilib.
Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin əməyinin qiymətləndirilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.
ETİHİ Səbail Rayon Komitəsi adından 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunan müəllimlərimizi səmimi təbrik edir, onlara can sağlığı, ailə firavanlığı və təhsilin inkişafında yeni uğurlar arzulayırıq!
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir
Bu çərçivədə Bakının Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 49 nömrəli "Intellekt" məktəb-liseyində və 51 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərlə bir araya gəlinib, onların peşə bayramı münasibətilə təbriklər çatdırılıb.
Tədbirlər çərçivəsində müəllimlərin təhsilimizin inkişafındakı xidmətləri vurğulanıb, onların peşəkar fəaliyyəti və uzunillik əməyi təqdir olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsindəki səmərəli fəaliyyətinə və təhsilin inkişafına verdikləri töhfələrə görə fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif olunub onlara hədiyyələr və gül dəstələri təqdim edilib . Tədbirlərdə təhsil müəssisələrin rəhbərləri də iştirak edib. Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirlər davam edir. #AHİK #ETİHİ #ETİHİSəbailRK #BeynəlxalqMüəllimlərGün
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir
Bu çərçivədə Bakının Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 50 nömrəli tam orta ümumtəhsil məktəbində və 329 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərlə bir araya gəlinib, onların peşə bayramı münasibətilə təbriklər çatdırılıb.
Tədbirlər çərçivəsində müəllimlərin təhsilimizin inkişafındakı xidmətləri vurğulanıb, onların peşəkar fəaliyyəti və uzunillik əməyi təqdir olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsindəki səmərəli fəaliyyətinə və təhsilin inkişafına verdikləri töhfələrə görə fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif olunub onlara hədiyyələr və gül dəstələri təqdim edilib . Tədbirlərdə təhsil müəssisələrin rəhbərləri də iştirak edib. Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirlər davam edir. #AHİK #ETİHİ #ETİHİSəbailRK #BeynəlxalqMüəllimlərGünü
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinə həsr olunan tədbirlər davam etdirilir.
Bu çərçivədə Bakının Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 189-190 nömrəli tam orta ümumtəhsil məktəbində və 239 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərlə bir araya gəlinib, onların peşə bayramı münasibətilə təbriklər çatdırılıb.
Tədbirlər çərçivəsində müəllimlərin təhsilimizin inkişafındakı xidmətləri vurğulanıb, onların peşəkar fəaliyyəti və uzunillik əməyi təqdir olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsindəki səmərəli fəaliyyətinə və təhsilin inkişafına verdikləri töhfələrə görə fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif olunub onlara hədiyyələr və gül dəstələri təqdim edilib .
Tədbirlərdə təhsil müəssisələrin rəhbərləri də iştirak edib.
Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirlər davam edir.
#AHİK #ETİHİ #ETİHİSəbailRK #BeynəlxalqMüəllimlərGünü
İttifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib
İttifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib
ETİHİ Səbail Rayon Komitəsinin tabeliyində olan ilk təşkilatlarda təhsil sahəsində uzun müddət xidmət göstərmiş ittifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib.
ETİHİ Səbail Rayon Komitəsinin avqust ayı üzrə 50 yaşı - 6, 55 yaşı - 2 nəfər , 60 - yaşı - 2 nəfər, 65 - yaşı - 6 nəfər, ümumi - 16 yubilyarlarla görüş keçirilib. Yubilyarlar qiymətli hədiyyələr və gül dəstələri ilə təbrik olunub.
Göstərilən diqqət və qayğıya görə ittifaq üzvləri ETİHİ Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
İttifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib

İttifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib
ETİHİ Səbail Rayon Komitəsinin tabeliyində olan ilk təşkilatlarda təhsil sahəsində uzun müddət xidmət göstərmiş ittifaq üzvlərinin ad günləri münasibətilə tədbir keçirilib.
ETİHİ Səbail Rayon Komitəsinin iyun-iyul ayları üzrə 50 yaşı - 7, 55 yaşı - 8 nəfər , 60 - yaşı - 10 nəfər, 65 - yaşı - 12 nəfər, 69 yaşı - 1 nəfər, ümumi - 38 yubilyarlarla görüş keçirilib. Yubilyarlar qiymətli hədiyyələr və gül dəstələri ilə təbrik olunub.
Göstərilən diqqət və qayğıya görə ittifaq üzvləri ETİHİ Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
26 iyun Azərbaycan Silahlı Güvvələri Günü
26 iyun Azərbaycan Silahlı Güvvələri Günü
Xalqımızın birliyini, iradəsini və qüdrətini təcəssüm etdirən Müzəffər Ordumuzu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, bütün hərbi qulluqçularımıza möhkəm cansağlığı və şərəfli xidmətlərində uğurlar arzulayırıq!
Həmkarlar İttifaqı üzvləri üçün Şamaxı rayonuna tur təşkil edilib

Həmkarlar İttifaqı üzvləri üçün Şamaxı rayonuna tur təşkil edilib
İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Azərbaycanın müxtəlif rayonlarına bir günlük turlar təşkil edilir.
ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 47, 91, 332, 339 nömrəli məktəbəqədər təhsil müəssisələri həftəsonu Şamaxı rayonuna səfər edib.
İttifaq üzvləri göstərilən qayğıya görə ETİHİ Respublika Komitəsinə minnətdarlığını bildirib.
ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı həftəsonu Şamaxı rayonuna səfər edib

ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı həftəsonu Şamaxı rayonuna səfər edib
İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Azərbaycanın müxtəlif rayonlarına bir günlük turlar təşkil edilir. ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi həftəsonu Şamaxı rayonuna səfər edib.
İttifaq üzvləri göstərilən qayğıya görə ETİHİ Respublika Komitəsinə minnətdarlığını bildirib.


